"İSMAyıllı"Fk yaşıl meydanda

Hit: 663
"İSMAyıllı"Fk yaşıl meydanda
Bu gün İsmayıllı rayonunda  futbolçularla görüş keçirilib. 
 
Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı Rayon Gənclər və İdman, Regional Mədəniyyət İdarələrinin, Rayon Təhsil Şöbəsinin rəhbərləri və yeni yaradılan komandanın üzvləri    iştirak edib.
 
Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə idmanının da inkişafına çox böyük diqqət və qayğı ilə yanaşır. Həmçinin vurğulayıb ki, İsmayıllı rayonunda futbola böyük maraq var, təsadüfü deyil ki,  2014-2015-ci illərdə 13 yaşlı qızlardan ibarət futbol komandası respublika çempionu olub. 2015-2016-ci illərdə isə həmin komanda gümüş medala layiq görülüb. Hal- hazırda Günay Azayeva 17  yaşlı qızlardan ibarət milli yığma futbol komandasının üzvdür. 
 
Görüşdə həmçinin komandanın problemləri ilə tanış olub, qarşıda duran vəzifələr, görüləcək işlər haqqında müzakirələr aparılıb.
Məlumat üçün bildiririk ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçirəcəyi  Azərbaycan çempionatının Region Liqasında İsmayıllını təmsil edəcək  komanda  yaşıl meydana  “İSMAyıllı” FK adı altında  çıxacaqdır.








Redaktorun seçimi