Həmyerlimiz yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçilib

Hit: 550
Həmyerlimiz yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçilib
Sentyabrın 13-də Türkiyənin İstanbul şəhərində Avropa Taekvondo Birliyinin baş assambleyası keçirilib. Toplantının əsas məqsədi qurumun prezidenti, vitse-prezidentləri və İdarə Heyəti üzvlərinin seçilməsi olub. Qeyd edək ki, İdarə Heyəti 14 üzvdən ibarət olur.
 
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov növbəti dəfə Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.
 
Assambleyanın yekununa əsasən, növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.
 
N.Səfərovu yenidən ATB İH üzvü seçilməsi münasibətilə təbrik edir, qitə təşkilatındakı fəaliyyətində yeni uğurlar arzulayırıq.








Redaktorun seçimi