Nazir Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Hit: 454
Nazir Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb
Sentyabrın 15-də Gənclər və İdman Nazirliyində ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrupu ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü keçirilib.
 
Görüş zamanı çıxış edən gənclər nazirə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, qarşılaşdıqları çətinliklər, gələcək planları barədə məlumatlar veriblər. 
Bundan başqa təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, təşkilatların sosial mediada fəaliyyəti, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Gənclər təşkilatlarının rəhbərləri maraqlı və səmimi görüş üçün nazir Fərid Qayıbova minnətdarlıqlarını bildiriblər. 
 
Daha sonra nazir Fərid Qayıbov bu görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib.
 
Görüşdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, gənclər təşkilaları ilə iş sektorunun müdiri Fuad Babayev də iştirak edib.








Redaktorun seçimi