Azərbaycan İdman Könüllüləri İctimai Birliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Hit: 793
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ölkəmizdə gənclər, idman və könüllülər sahələrində fəaliyyət göstərən qurumlarla əməkdaşlığı genişləndirməkdə davam edir.
 
İctimai Birlikdən bildiriblər ki, bu çərçivədə Daşkəsən Rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
 
İdarənin rəisi Samir Həsənov və İctimai Birliyin sədri Miraqil Seyidzadənin imzaladıqları sənəddə hər iki qurum arasında ikitərəfli əlaqələrin yaradılması nəzərdə tutulur.
 
Protokol Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi tədbirlərdə könüllülərin iştirakını, təcrübə qazanmalarına dəstək göstərilməsi məsələləri ilə yanaşı, gənclərin kütləvi bədən tərbiyəsi və idman fəaliyyətinə cəlb olunmasını, həmçinin birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.








Redaktorun seçimi