İdman jurnalistlərindən ibarət yığma komanda yaradılacaq

Hit: 647
İdman jurnalistlərindən ibarət yığma komanda yaradılacaq
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Əvvəlcə AİJF-nin 11 - 26 iyunda təşkil etdiyi “Qarabağ Azərbaycandır!“ mini-futbol turniri və qalib komanda "Qubadlı"nın 2 iyul - Beynəlxalq İdman Jurnalistləri günü və Azərbaycan Polisi günü münasibətilə Abşeron rayon Polis İdarəsinin komandası ilə yoldaşlıq görüşündə çıxışı təhlil edilib. Qərara alınıb ki, turnirdə fərqlənən idman jurnalistləri əsasında AİJF-nin yığma komandası yaradılsın. Komandaya rəhbərlik AİJF vitse-prezidenti Firuz Abdullaya həvalə edilib. 
 
Yeni kollektivin ilk ciddi sınağı sentyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq turnirə təsadüf etməlidir. Batumi səfərinə hazırlıq məqsədilə və 22 iyul - Milli Mətbuat Günü münasibətilə Nərimanov rayon gəncləri ilə idman jurnalistləri komandası arasında yoldaşlıq görüşünün təşkili nəzərdə tutulub.
İclasda həmçinin AİJF-yə yeni üzvlük müraciətlərinə baxılıb və federasiyaya 5 nəfər yeni üzv qəbul edilib.








Redaktorun seçimi