"III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi yekunlaşıb

Hit: 553
"III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi yekunlaşıb
"Neftçi" Peşəkar Futbol Klubunun, "ASAN Könüllüləri" Təşkilatının və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi yekunlaşıb. 
 
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 
 
16 gün davam edən düşərgədə pandemiya qaydaları nəzərə alınaraq  iştirakçılar qruplar üzrə bölünüblər.
 
Onlara psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib. 
 
Neftçi Futbol Klubunun  "Türk Hava Yolları" bazasında keçirilən düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediliblər. 







Redaktorun seçimi