Baş İdarə bu yarışa xüsusi önəm yetirir

Hit: 726
Baş İdarə bu yarışa xüsusi önəm yetirir
“Cari ilin 10-11 iyun tarixində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyamızda böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək”.
 
Faktor.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
 
Onun sözlərinə görə, bu yarış mövsümün ilk yarışıdır: “Bundan öncə kross qaçışı üzrə yarışımız oldu. Bu isə klassik idman və atletikanın növlərini özündə birləşdirən paytaxtın çempionatıdır. Bu yarışın mahiyyəti çox önəmlidir. Ona görə ki, əgər idmançılarımız normativləri bu yarışda doldurmuş olsa Tokyoda keçiriləcək Yay Olimpiya yarışlarına lisenziya qazanmış olacaq. Ona görə, güclü rəqabəti gözləyirik və uzun fasilədən sonra idmançılarımızın mübarizəsində yeni simaların olmasını da istisna etmirik”.
 
Raqif Abbasov həmçinin qeyd edib ki, atletika ölkəmizdə sevilən idman növüdür: “Bununla bərabər kütləviliyə də böyük tövsiyə verən yarışdır. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi də bu yarışa xüsusi önəm yetirir”.








Redaktorun seçimi