"Cəmil Məmmədli"-nin xatirəsinə həsr olunmuş şahmat turnirinin açılışı olub

Hit: 651
"Cəmil Məmmədli"-nin xatirəsinə həsr olunmuş şahmat turnirinin açılışı olub
26 may 2021-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə  keçiriləcək Vətən müharibəsi Şəhidi "Vətən uğrunda" ,"Xocavəndin azad olunmasına görə","Fizulinin azad olunmasina görə" medalları ilə təltif olunmuş "Cəmil Məmmədli"-nin xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnirin Zoom platforması vasitəsilə  açlış mərasimi keçirilib.
 
Faktor.az xəbər verir ki, əsas məqsədi gənc nəslin vətənpərvər ruhda yetişməsi, Vətən, torpaq uğrunda şəhid olan qəhrəmanların tanıdlması olan turnirin açlış mərasimində İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova,Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, Şəhidin valideyinləri Habil Məmmədov və Aygün Məmmədova, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva,turnirin baş hakimi Fidan Talıbova , gənclər və digər qonaqlar  iştirak ediblər.
 
Qeyd edək ki, 70-nəfərdən artıq iştirakçının  qeydiyyatdan keçdiyi turnir bu gün saat 20:00-da start veriləcək.Şahmat turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar pandemiya qaydalarına uyğun canlı olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Şəhidimizin ailə üzvləri tərəfindən müvafiq dərəcəli diplom medalla təltif olunacaq.








Redaktorun seçimi