ADBTİA-da ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib

Hit: 483
ADBTİA-da ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2020/2021-ci tədris ilində ilk dəfə olaraq pedaqogika, tibb və biologiya elm sahələri üzrə Doktoranturaya qəbul üçün ixtisas imtahanı təşkil edilib.
 
İngilis dili və fəlsəfə üzrə məqbul nəticə əldə etmiş namizədlər martın 16-da “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” (ixtisas kodu - 5806.01) və (ixtisas kodu - 3245.01) “Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” ixtisasları üzrə ixtisas imtahanında iştirak ediblər.
 
Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri daxilində imtahan binasına daxil olan iştirakçıların hərarəti məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında namizədlərin sosial məsafə nəzərə alınmaqla əyləşdirilməsi təmin edilib.
İxtisas imtahanında 6 namizəd iştirak edib. İmtahan nəticələrinin martın 18-dən etibarən elan olunması gözlənilir.








Redaktorun seçimi