Azərbaycan idman sahəsində dünyada yeni zirvələr fəth etdi!

Hit: 1138
Azərbaycan idman sahəsində dünyada yeni zirvələr fəth etdi!
Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir! 
 
Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Cənab Prezident ilham Əliyevin idmana,
idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” qeyd edilməsi oldu. Biz də, dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və idman sahəsində çalışan mütəxəssis kimi əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və  mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır! Gənclərimiz tək idman deyil, bütün siferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayır!
 
Bütün bunlar ölkə başçısı İlham Əliyevin və I   Vitse Prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Dövlətin qayğısı ilə  əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini birmənalı olaraq Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər.
 
Bildiyimiz kimi idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada İdman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Ümumxalq məhəbbəti qazanmış Olimpiya hərəkatı, olimpiya qalibləri və ölkəmizi təmsil edən idmançılar dövlətin qayğı və dəstəyi ilə tam təmin olunmuşdur.
 
Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda  gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır. Olimpya ilə yanaşı Paralimpiya Oyunları da dövlətin tam qayğı və diqqəti ilə əhatə olunmuşdur və Cənab Prezident oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini də hər zaman diqqətdə saxlayır, görüşlər keçirir. Prezident onlarala görüşlərində Azərbaycanın idman dövləti kimi beynəlxalq aləmdə böyük nüfuza malik olmasını məhz idmançılarımızın böyük zəhmətinin nəticəsi kimi vurğulamışdır. "Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paraolimpiya oyunlarında idmançılarımız şərəflə çıxış etmişlər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul etmişdir". Cənab Prezidentimiz İlham Əliyev hətta, Milli Olimpiya Komitəsinin rəhbəri olduğu dövürdə haqlı olaraq vurğulamışdır ki, “Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevirilib, idmançılara və vetiranlara diqqət yüksək səviyyədədir. Əminliklə vurğulamq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək və yeni zirvələr fəth olunacaqdır”. Doğrudanda dövlət başçısının illər öncə əminliklə vurğuladığı bu istəklər real oldu, Azərbaycan idman sahəsində dünyada yetərincə uğur qazandı və yeni zirvələr fəth etdi!
 
ADBTİA-nın prorektoru
prof. Yusif Babanlı








Redaktorun seçimi