Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görülüblər - FOTOLAR

Hit: 840
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görülüblər - FOTOLAR
“Gilavar” Azərbaycan Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.
 
Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən foto müsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli, mükafatlar qazanmalıdır. Daha sonra qurumun Direktorlar Şurasının və Bədii Komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur. 
 
İldə bir dəfə təqdim olunan fəxri adlara bu il Azərbaycandan 5 fotoqraf – Nurlan Tahirli, Valeriy Xlızov, Aleksandr Firstov Beynəlxalq Foto Sənəti Federasiyasının “Rəssam”ı, Rəşad Mehdiyev “Mükəmməllik”, İlqar Cəfərov isə “Mükəmməlik/bürünc” dərəcələrini əldə ediblər. Bununla da 2016-cı ildən başlayaraq beynəlxalq fəxri ad alan azərbaycanlı fotoqrafların sayı 7-ə yüksəlib.
Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev bir əsrlik tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbirləridir. Hər iki fotoqraf Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlamış Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.
 
1
1
1
1
1








Redaktorun seçimi