ETSN işçi axtarır

Hit: 329
ETSN işçi axtarır

Maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə işçi axtarılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirliyin Aparatı və tabeli qurumlarında maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə  işə qəbul üzrə müsabiqə elan edilib.
 
Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan  Məhərrəmlinin sözlərinə görə, müsabiqədə müvafiq istiqamət üzrə ali təhsili, iş təcrübəsi olan və vəzifəyə uyğunluğu təsdiq edilən şəxslər iştirak edə bilər:
 
“Namizədlər CV-sini 2020-ci ilin 1 dekabr tarixindən 7 dekabr  tarixinədək [email protected] e-mail ünvanına təqdim etməlidirlər. Daha ətraflı məlumat almaq istəyənlər  Nazirliyin internet səhifəsinin(www.eco.gov.az) elanlar bölməsinə müraciət edə və ya (012) 538-84-89, (012) 539 18 10 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər".







Redaktorun seçimi