İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyi Ali Baş Komandana təşəkkür edir - FOTOLAR

Hit: 1570
İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyi  Ali Baş Komandana təşəkkür edir - FOTOLAR

İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycanın Vətən Müharibəsində tarixi Qələbəsini şərəflə və qürur hissi ilə qeyd edir.

Azərbaycan xalqı üzun illərdir həsrətlə gozlədikləri Qarabağdakı Qələbənin sevincini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində böyük qəhrəmanlıq göstərərək, işğal altında olan tarixi torpaqlarımızı düşməndən azad etdi.
 
2020-ci il noyabrın 27-də bu Qələbə münasibətlə İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbərliyi və üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramlara yad etdilər. Daha sonra isə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər
 
İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyi adından işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlara qətiyyətlə rəhbərlik etdiyinizə və sonda bizə böyük Qələbə sevincini yaşatdığınıza görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk!
 
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi