"Sən işçini sevməsən o da səni sevməyəcək"

Hit: 1328
"Sən işçini sevməsən o da səni sevməyəcək"
Bir şirkətin ən böyük gücü müştəriləri yox, əməkdaşlarıdır. Şirkətdə məmnun olmayan əməkdaş heç bir halda müştərini məmnun edə bilməz. Məmnunluq deyəndə maddiyyat nəzərdə tutulmur. Əvvəl insanlar qiymətə çox üstünlük verirdilər. Bu gün hər kəs rahatlığa üstünlük verir. Artıq bir paltarı almaq üçün uzun zamanımız yoxdur və bir neçə mağazanı gəzməyə də ehtiyac yoxdur, onlayn bütün mağazalara baxıb istədiyimiz paltarı ayağımıza gətirə bilirik. Bu gün əməkdaşlar da şirkətdə rahatlığa önəm verir. Artıq insanlar sağlamlıqlarını düşünüb stresli işdən uzaqlaşırlar. Əmək haqqı ikinci plana keçir. 3-5 manata görə insanlar sevdikləri mühitdən uzaqlaşmırlar.
 
Bunun üçün:
- İşçilərə səlahiyyət vermək lazımdı. O halda o işə daha məsuliyyətli yanışır. Səlahiyyəti olmayan işçi məsuliyyəti həmişə başqasının üzərinə atmağa çalışar.
- İşçiyə bacara bilmədiyini düşündüyü işləri bacara biləcəyinə inandırıb dəstək olmaq lazımdır. 
- Mən yox, biz demək lazımdır.
- Şirkətin mənafeyini güdməyən, kollektivdə problemlər yaradan, yalanlar danışan işçiləri uzaqlaşdırmaq lazımdı. O işçilərdən adam olmayıb, olmayacaq da və ancaq komanda ruhunu məhv edəcəklər.
- Motivasiya işin 80%-di.Motivasiyası yüksək olan komanda bütün hədəflərə çatmaq gücünə malikdir.
- Rəhbər komplekslərindən uzaq olub işçilərlə səmimi olmaq lazımdır. İşçinin bu gün səmimi olaraq etiraf etdiyi səhv şirkəti böyük uğursuzluqlardan xilas edə bilər. Qorxaq işçi ən böyük virusdur.
 
Səhvlərini ya örtmək istəyəcək, ya da kiminsə üstünə atacaq.
 
P.S. Qarşılıqsız sevginin ömrü uzun olmur. Sən işçini sevməsən o da səni sevməyəcək. Səni sevməyən işçi müştərini niyə sevsinki? Sevilməyən müştəri niyə şirkəti seçsinki? Nəticədə müştəri də, işçi də gec tez sevgisini başqa yerdə axtaracaq...
 
Səidə Fətullazadə








Redaktorun seçimi