DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı onlayn forumda çıxış edib

Hit: 606
DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı onlayn forumda çıxış edib
DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə 25-26 noyabr 2020-ci il tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Sağlam Qida Könüllülərinin Qarabağ və Gəncə Forumu”nda “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” panelində “Könüllülükdən gələn uğur” mövzusunda çıxış edib.
 
2020-ci ilin cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunduğunu vurğulayan Şəhla Mirzəzadə könüllü fəaliyyətin cəmiyyət üçün faydalarından bəhs edib. “Azərbaycanın haqlı savaşında qələbə çalması, həm də könüllülüyün qələbəsidir. 30 ilə yaxındır ki, düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsində cəbhədə vuruşan hər bir Azərbaycan Əsgərinin öz rolu vardır.
 
Onlar cəbhədə hər biri könüllü şəkildə vuruşub. Məhz bu səbəbdən də bu gün onların qələbəsi həm də könüllülüyün qələbəsi deməkdir.” deyə o, vurğulayıb, qələbə münasibətilə forum iştirakçılarını təbrik edib və könüllülüyün həm də insan orqanizmi üçün olan faydalarından bəhs edib.
 
O, Sağlam həyat tərzinin təbliğində könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edərək DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında könüllü gömrükçü dəstəsinin bir müddət çalışdığını söyləyib və onların Hospitalda dərin təcrübə əldə etdikləri barədə forum dinləyicilərini məlumatlandırıb, sonda forum dinləyicilərinin suallarını cavablandırıb.
Onlayn şəkildə həyata keçirilən forum zamanı yerli mütəxəssislərlə yanaşı Türkiyənin ekspertlərinin də təqdimatları dinlənilib və panel müzakirələr həyata keçirilib.
 








Redaktorun seçimi