Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

Hit: 1337
Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.
 
Müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.
 
E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.








Redaktorun seçimi