Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar

Hit: 500
Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar
Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər.
 
Tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu  Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətindən sonra Gəncə şəhəri yerləşən 1500 ailəlik yeni qəsəbədə və ətrafda yaşayan kəlbəcərli məcburi köçkünlər  Mədəniyyət sarayının qarşısına əllərində Azərbaycan bayrağı və “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər.
 
Tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu  Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətindən sonra Gəncə şəhəri yerləşən 1500 ailəlik yeni qəsəbədə və ətrafda yaşayan kəlbəcərli məcburi köçkünlər  Mədəniyyət sarayının qarşısına əllərində Azərbaycan bayrağı və “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.







Redaktorun seçimi