Daha 3 646 yeni yoluxma faktı qeydə alınıb - 34 nəfər vəfat edib

Hit: 570
Daha 3 646 yeni yoluxma faktı qeydə alınıb - 34 nəfər vəfat edib
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31 999 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.








Redaktorun seçimi