Bu gün İmam Həsən Əskərinin (ə) doğum günüdür

Hit: 625
Bu gün İmam Həsən Əskərinin (ə) doğum günüdür
Bu gün İmam Həsən Əskərinin (ə) mövlud günüdür. İmam hicri-qəməri tarixi ilə 232-ci ildə Mədinədə dünyaya göz açıb.
 
Faktor.az-ın verdiyi məlumata görə, İmam Həsən Əskərinin (ə) atası imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
 
İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəmədin məmurları tərəfindən şəhid edilib.
 
İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada hərbi qərargahda saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (ə) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi imam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur.
 
İmamın mübarək məzarı hazırda İraqın Samirra şəhərindədir.
 
Hicrətin 333-cü ilində Buveyhi hakimləri İmamın (ə) məqbərəsinin təmir edilib ucaldılmağında əvəzsiz xidmət göstəriblər.
 
Tarix və hədis kitablarında İmamın (ə) məzarını ziyarət edənlər üçün çoxlu savab qeyd edilib.
 
Bildirək ki, İmam Həsən Əsgərinin (ə) məqbərəsinə edilən hücumlara baxmayaraq, o həzrətin ziyarətinə gedən zəvvarların ardı-arası kəsilmir və bu da görünür, İslam düşmənlərini hərəkətə keçməyə vadar edib. Tarixən imamların kinini qəlblərində saxlayan Yezid xislətli insanlar yenidən Peyğəmbər (s) nəslinə hücuma keçiblər.








Redaktorun seçimi