Təhsil naziri dünyaca məşhur alim Əziz Sancara təşəkkür edib

Hit: 547
Təhsil naziri dünyaca məşhur alim Əziz Sancara təşəkkür edib
Təhsil naziri Emin Əmrullayev 3 yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb.
 
Nazir şəxsi "Facebook" səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib: 
 
"Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın 3 yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi.
 
Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir". 








Redaktorun seçimi