“Səndə Könüllü Ol” adlı səkkizinci təlim

Hit: 638
“Səndə Könüllü Ol” adlı səkkizinci təlim
“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənc xilasedici! Könüllülər Mərkəzinin yaradılması” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verib.
 
Faktor.az xəbər verir ki, layihənin əsas məqsədi Bakı şəhərində gənclər arasında könüllülük fəaliyyətinin təbliği və vaxtında göstərilən özünə və ya qarşılıqlı yardım nəticəsində fövqəladə hallarda ölüm və əlillik hallarının azaldılması ilə bağlı təlimlər təşkil etmək və onları bu sahədə maarfiləndirməkdir. 
 
Layihənin icrasına əsasən yeniyetmə və gənclərdən ibarət könüllülər qrupu cəlb olunub. Təlimi Anar Əliyev aparıb. Qrupda 10 nəfər olmaqla pandemiya qaydalarına əməl olunaraq “Səndə Könüllü ol!” adlı səkkizinci təlim təşkil olunub. Təlim 1 saat davam edib və sonda suallar cavablandırılaraq iştirakçılara təlimdə fəal iştirak etdiklərinə görə sertifikat təqdim olunub.
 
Təlimlər zamanı gənclərə könüllülk fəaliyyətinin əsas məqsədi və könülülük fəaliyyətinin istiqamətləri haqqında məlumat verilib o cümlədən hazırki dövrdə dünyanı bürüyən Koronavirus (Covid-19) əlamətləri hiss etdikdə ilkin olaraq nə etməli, tənəffüs yollarının keçirməsi, nəfəsin və qan dövranının təmin olunması, epidemiya və fövqəladə hallarda qərarların qəbul edilməsi üzrə əsas mərhələlər, epidemiya və fövqəladə hallarda ilkin yardımın göstərilməsi haqqında məlumatlar verilib, eləcə də yeniyetmə və gənclərin könüllülük fəaliyyətinin vacibliyini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər və təlim materialları paylanıb. 
 








Redaktorun seçimi