Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar

Hit: 561
Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili ala bilirlər. Hospitalda rezidentura təhsilinə başlayan hər bir rezident burada fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında bilik və bacarıqlarını artırır, gələcəyin peşəkar kadrı olma yolunda qətiyyətlə irəliləyirlər.
 
2020-ci ildən etibarən rezidentura təhsilinə başlayan Leyla Mamedova Anesteziologiya və Reanimasiya şöbəsində yüksəkixtisaslı anestezioloq-reanimatoloq Dr.Xəyal Məmmədovun, Nuranə Məmmədova isə eyni şöbədə peşəkar anestezioloq-reanimatoloq Dr.Mehdi Əliyevin rəhbərliyi altında, Güllüxanım Həsənli Mama-ginekologiya şöbəsində t.f.d., mama-ginekoloq Dr.Təranə Bayramovanın, Gülçöhrə Orucova isə eyni şöbədə t.f.d., mama-ginekoloq Dr.Sədi Allahverdiyevin rəhbərliyi altında, Məmməd Əli Şahin Kardiologiya şöbəsində invaziv kardioloq Dr.Samir Mustafayevin rəhbərliyi altında, Leyla Abuşova isə Radiologiya şöbəsində radioloq Dr.Emin Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərəcəklər.
 
Bu münasibətlə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Elman Məmmədov rezidentlərlə görüşüb və onlara Hospitalda olan yeni fəaliyyətlərində uğurlar, təhsillərində nailiyyətlər arzu edib. O, qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik olan, savadlı həkimlər yetişdirməkdir.








Redaktorun seçimi