İşçi qrupun növbəti iclası keçirilib

Hit: 499
İşçi qrupun növbəti iclası keçirilib
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti (BDU) ölkəmizin haqq savaşı olan Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil edəcək, müvafiq analitik tədqiqatlar aparacaq yeni bir layihəyə start verib.Layihə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə media və informasiya müharibəsi ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub.
 
Layihənin işçi qrupunun növbətiiclası keçirilib. Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyindən bəhs olunub. Bu parlaq Qələbənin əldə edilməsində xalqın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.
 
Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, bu mübarizəni obyektiv işıqlandıran dünya media nümayəndələrinin fəaliyyəti mövzularında fikir mübadiləsi aparılıb.
 
Əlavə edək ki, layihənin işçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 5 bölmə fəaliyyət göstərəcək. Analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın prinsip və normalarına, eyni zamanda beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcəkdir.
 








Redaktorun seçimi