Yaddaşlardan silinməyəcək bir peşəkar idi - seçicim Sabir müəllim

Hit: 641
Yaddaşlardan silinməyəcək bir peşəkar idi - seçicim Sabir müəllim
Dərin kədərlə bildirirəm ki, əfsanəvi diktorumuz Sabir Ələsgərovun vaxtsız vəfat xəbəri məni çox üzdü. 
 
Sabir müəllim ilə seçki öncəsi tanış olmuşdum. Həyata keçirdiyim ağac əkmə aksiyasına o da yorulmadan qoşulmuş, gənclərə bu işdə yardımçı olmuşdur. 
İlk günlərdən xatirələrimdə yalnız ən xoş təəssüratlarla canlanır, Sabir müəllim. Səmimi və mehriban, eyni zamanda, əfsanəvi bir insan idi. Gözəl çıxışları, məlahətli səsi vardı. Saatlarla müdrik  həmsöhbət olmaqdan yorulmazdı. Yaddaşlardan silinməyəcək bir peşəkar idi, seçicim Sabir müəllim. 
 
Allahdan Sabir müəllimə rəhmət diləyir, ailəsi və yaxınlarına isə sonsuz səbr arzulayıram. Ruhu şad olsun!

Millət vəkili
Könül Nurullayeva








Redaktorun seçimi