AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim başlayıb

Hit: 756
AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim başlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə onlayn təlimə start verilib.
 
AzMİU-dan Faktor.az-a bildirilib ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində reallaşan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgə keçirilir. Təlim əsasən biznesin idarə edilməsi və menecment ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.
 
“Zoom” proqramı vasitəsilə keçirilən təlim 2 gün davam edəcək.








Redaktorun seçimi