Qənirə Paşayeva Cəbrayıldan olan tanınmış jurnalisti qəbul edib

Hit: 798
Qənirə Paşayeva Cəbrayıldan olan tanınmış jurnalisti qəbul edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, əslən Cəbrayıldan olan tanınmış jurnalist Anar Cəbrayıllı ilə Milli Məclisdə görüşüb, Cəbrayılın, ümumən Qarabağ torpaqlarımızın Ermənistanın işğalından azad olunması münasibəti ilə onu təbrik edib. 
 
Faktor.az xəbər verir ki, Anar Cəbrayıllı ilə vaxtı ilə eyni televiziya kanalında bir yerdə çalışdıqlarını məmnuniyyətlə xatırlayan Qənirə Paşayeva, ilər öncə Cəbrayılın, digər şəhər-rayonlarımızın azad ediləcəyi ilə bağlı ümid və inam dolu söhbətlərini, müzakirələri yada salıb.
 
Anar Cəbrayıllının gələcək planları ilə maraqlananan Qənirə Paşayeva, Cəbrayıldakı mədəniyyət təsərrüfatının, KİV-lərin bərpası və ya yeni maarifləndirici media orqanlarının qurulması yönündə yaradıcı insanların üzərinə düşən mənəvi məsuliyyət, yaradıcı insanların həmrəylik ruhunun gücləndirilməsi ilə bağlı onunla fikir mübadiləsi aparıb.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə təmin etdiyi tarixi uğurumuzun ən yeni Azərbaycan tarixinin parlaq səhifəsini təşkil etdiyinin vurğulandığı görüşdə, hərbi zəfərlərin millətin mənəvi-mədəni durumuna, gələcəklə bağlı planlarına da önəmli təsir göstərdiyi qeyd olunub.
 
Anar Cəbrayıllı Cəbrayılın, işğaldan azad edilmiş digər şəhər-rayonlarımızın dirçəldilməsi ilə bağlı yaradıcı insanların da üzərinə özünəxas mənəvi məsuliyyət düşdüyündən danışıb, arzu-istəklərini bölüşüb.
 
Anar Cəbrayıllı səmimi görüşə, təbriklərə görə Qənirə Paşayevaya təşəkkür edib.








Redaktorun seçimi