Nar qabıqlarından hazırlanmış reagent neft quyularının qazılmasında uğurla tətbiq olunur

Hit: 529
Nar qabıqlarından hazırlanmış reagent neft quyularının qazılmasında uğurla tətbiq olunur
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyi (EİB) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) təcrübi-texnoloji bazası əsasında yaradılmışdır.
 
AKİ tərəfindən ilk dəfə olaraq qətransız müalicəvi Naftalan neftinin alınma texnologiyası işlənilmiş və onun “Aşqar” EİB-də təcrübi qurğuda istehsalı təşkil edilmişdir.
 
“Aşqar” EİB-də AKİ ilə birlikdə neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin keyfiyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində respublikada nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında quru tozvari reagent hazırlanmış və onun neft-qaz quyularının qazılmasında istifadəsi təklif edilmişdir.
 
Bu təklif Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) razılığı ilə Siyəzəndə qazılan neft quyusunda böyük müvəffəqiyyətlə sınaqdan keçirilmiş, əldə olunan nəticələr ARDNŞ-ə təqdim olunmuşdur.
 
Xarici şirkətlər və investorların də diqqətini cəlb edən bu kimi tozvari reagentlərlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir və daha səmərəli nəticələr verir.
 
Qeyd edək ki, hazırda Aşqarlar Kimyası İnstitutunda yeni yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrinin də “Aşqar” EİB-də reallaşdırılması istiqamətində tədbirlər görülür.








Redaktorun seçimi