BDU ilə Nişantaşı Universiteti arasında memorandum imzalanıb

Hit: 505
BDU ilə Nişantaşı Universiteti arasında memorandum imzalanıb
Türkiyənin Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın və rektorun müşaviri Sibel Baykut Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşüb.
 Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkən E.Babayev Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümunəsi göstərməsi, daima mənəvi dəstək olduğunu nəzərə çatdırıb.
 
Rektor son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib. 
Professor Şenay Yalçın ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib.
 
Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün məqsədi sırasında elm, texnologiyalar, təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
 
Görüşdə BDU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
 







Redaktorun seçimi