El ağsaqqalı Qənbər Qurbanovun doğum günüdür - FOTOLAR

Hit: 1399
El ağsaqqalı Qənbər Qurbanovun doğum günüdür - FOTOLAR
Bu gün Kəlbəcər ədəbi mühitinin görkəmli şəxsiyyəti Dədə Şəmşirin oğlu, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, el ağsaqqalı  "Aşıq Şəmşir Mədəniyyət Ocağı”ictimai birliyinin sədri,  Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanovun doğum günüdür.
 
Faktor.az xatırladır ki, Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
 
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
 
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib
 
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
 
Qənbər müəllim bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir.  Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Qənbər müəllim bununla qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin  sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir.
 
Qənbər müəllim ölkəmizdə həyata keçirilən mütərəqqi sosial, mədəni və siyasi proseslərdə bu gün də ön cərgədədir.İstər Prezident, Parlament seçkilərində, istərsə də ümumxalq səsvermələrində seçicilər arasında fəal təbliğat işi aparmışdır. Aşıq Şəmşir ailəsinin hər bir üzvü  hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.
 
Qənbər Qurbanovun sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçiribdir. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil etmişdir. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”,  “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla  layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.
 
Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir.  Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.
 
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1
1
1
1
1
1








Redaktorun seçimi