Rusiyanın Zabaykal vilayəti Azərbaycan Orudusuna dəstək oldu

Hit: 1123
Rusiyanın Zabaykal vilayəti Azərbaycan Orudusuna dəstək oldu
Rusiyanın Zabaykal vilayətində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 26 520 manat məbləğində vəsait köçürüb. FAKTOR.AZ xəbər verir ki, Zabaykal vilayətinin diaspor rəhbəri Ələddin Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əmindir Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.







Redaktorun seçimi