“Beynəlxalq ekologiya hüququ” adlı dərslik çap olunub

Hit: 1000
“Beynəlxalq ekologiya hüququ” adlı dərslik çap olunub
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin və Universitetin Hüquq Klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynovun həmmüəllifləri olduğu “Beynəlxalq ekologiya hüququ” (Международное экологическое право. Учебник. Москва, Проспект, 2020, 680 с.) dərsliyi rus dilində çap olunub. Kitabda Rusiya Federasiyasının tanınmış hüquqşünas alimlərinin, o cümlədən Kazan Federal Universitetinin, BDU-nun Hüquq fakültələrinin əməkdaşlarının da müəllif yazıları yer alıb.
 
Dərslik beynəlxalq ekologiya hüququ istiqamətində olan mühüm məlumatlar və ümumiləşdirmələr əsasında tərtib edilib. Dərslikdən müəllimlər, doktorantlar, elmi işçilər, hüquq üzrə təhsil alan tələblər yararlana bilər.








Redaktorun seçimi