Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Hit: 868
Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Oktyabrın 29-da Təhsil naziri Emin Əmrullayev ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə ölkəmizin Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq hal kimi qeyd olunub. Tərəflər ölkəmizin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinin vacibliyi ətrafında müzakirələr apararaq növbəti dövr ərzində qarşıya qoyulan hədəflər və bu istiqamətdə görüləcək işlər barədə razılığa gəliblər. Təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 nəfər məktəblinin həlak olması, 16 nəfər məktəblinin xəsarət alması və 50-dək təhsil müəssisəsinə zərər dəyməsi ilə bağlı iştirakçılara məlumat verib.







Redaktorun seçimi