Müsəlmanların “Vəhdət həftəsi” - oktyabrın 29 - noyabrın 3-nə təsadüf edir

Hit: 1569
Müsəlmanların “Vəhdət həftəsi” - oktyabrın 29 - noyabrın 3-nə təsadüf edir
Hicri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günlərini (bu il oktyabrın 29 - noyabrın 3-ü) İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir. Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb. O Həzrətin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli günün göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə “vəhdət həftəsi” elan edilib. İslam.az rəbiul-əvvəl ayının 12-də Peyğəmbərin mövlud gününü qeyd edən bütün müsəlmanları təbrik edir, onlara Peyğəmbər əxlaqı ilə zinətlənmələrini diləyir.








Redaktorun seçimi