Rüstəm Orucov “Əsgərə Məktub” layihəsinə qoşuldu

Hit: 1103
Rüstəm Orucov “Əsgərə Məktub” layihəsinə qoşuldu
“Əsgərə Məktub” layihəsi davam edir.
 
Faktor.az xəbər verir ki, bu dəfə layihəyə cüdoçu Rüstəm Orucov qoşulub.
 
"“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsinə mən də qoşuldum. Məktubumda Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində qazandığım qızıl medalı, QƏLƏBƏni Azərbaycan əsgərinə həsr etdiyimi xüsusi vurğuladım. Hər zaman zəfərləri ilə sevindirən əsgərlərimizin yanında olduğumuzu bildirdim.
 
Tezliklə bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.
 
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!", deyə R.Orucov qeyd edib
 








Redaktorun seçimi