AzTU ilə “SKAZ AUTOHOUSE” arasında müqavilə imzalanıb

Hit: 1117
AzTU ilə “SKAZ AUTOHOUSE” arasında müqavilə imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) və "SKAZ AUTOHOUSE” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
 
Faktor.az xəbər verir ki, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Toğrul Paşayev imzalayıb. Müqaviləyə əsasən tərəflər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat sektorunda elmi-texniki, innovativ, texnoloji yeniliklərin tətbiqi, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən kadrların hazırlanması istiqamətində əməkdaşlıq edəcək. 
 
Əməkdaşlıq çərçivəsində AzTU-nun Maşınqayırma və robototetxnika fakültəsinin bakalvr və magistr tələbələrinin şirkətdə təcrübə keçmələri və işlə təmin olunmaları da həyata keçiriləcək.








Redaktorun seçimi