BMU yeni teledərsləri təqdim edir

Hit: 492
BMU yeni teledərsləri təqdim edir
Bakı Mühəndislik Universitetinin (BMU) ötən həftə start verdiyi “Teledərs” layihəsi davam edir. Universitetin saytında yaradılan “Teledərs” bölməsinə (https://beu.edu.az/az/page/teleders-190/) bu həftə yeni dərslər yerləşdirilib.
 
Faktor.az xəbər verir ki, bölməyə Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi ixtisasları üzrə 5 laboratoriya, Maliyyəixtisası üzrə isə 1 dərs əlavə olunub. 
 
Layihənin həyata keçirilməsində əsas məqsəd mövcud pandemiya şəraitində tədrisə marağın azalmaması, tədrisi onlayn formada çətinlik törədən bir sıra fənlərin əlçatanlığının təmin olunmasıdır. Teledərslər vasitəsilə tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat və istənilən zaman izləyə, həmçinin dil bacarıqları təkmilləşdirə bilərlər. 
 
BMU TV-nin çəkdiyi dərslər əsasən ingilis dilindədir.Teledərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər. 
 







Redaktorun seçimi