"Bu yolda atılan istənilən addımların arxasındayıq"

Hit: 751
"Bu yolda atılan istənilən addımların arxasındayıq"
Son zamanlarda gündəmə gələn və özümün də şahidi olduğum bir olayı müzakirə etmək istərdim sizinlə.
 
Belə ki, mövcud şəraitlə bağlı olaraq bir çox içtimai nəqliyyat vasitələrində,o cümlədən metrolarda girişlərə ciddi nəzarət edilir. Bu nəzarət hər kəsin mütəmadi istifadə etdiyi metrolarda daha da gücləndirilmiş vəziyyətdə həyata keçirilir. Lakin bir iradımı sizlərə bölüşmək istərdim. Deməli, metroda kişilər dedektorla yaxud əllə yoxlandığı halda, qadınların sadəcə çantası yoxlanılırdı. Bir sual çıxır ortaya: qadından terrorist olmur? Məni düşündürən qadınların nəyə görə bu yoxlanışda iştirak etməməsidir və bu yoxlanış üçün nəyə görə qadın polis təyin olunmadığıdır...
 
Sırf qadın çadradadır (niqab) deyə şikayət edən gördüm ki, terrorçu ola bilər. Başa düşmürəm, hər çadrada olan terrorçudur məgər? Sırf terrorçuların əksəriyyəti niqab adı altında "hoqqa" verdiklərindən artıq millətim də qorxar oldu. İçimizin rahat olması, olan vəziyyətdə başımızı ağrıtmamaq üçün lazımı tədbirləri öncədən almalı, baş verə biləcək faciələrin qarşısı alınmalıdır. Bu yolda atılan istənilən addımların da arxasındayıq. Hər şey millətimizin rifahı üçündür!
 
Hörmətlə,
Aslan Abbaszadə







Redaktorun seçimi