Azərbaycandakı Hindistan icması Ordumuza yardım etdi

Hit: 601
Azərbaycandakı Hindistan icması Ordumuza yardım etdi
Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diaspor təşkilatlarıda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Faktor.az xəbər verir ki, bu təşkilatların biri də, Azərbaycanda fəaliyyət göstərən Hindistan diasporudur. 
 
Diaspor üzüvləri tərəfindən 10.000 AZN məbləğində pul vəsaiti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edilib.







Redaktorun seçimi