37 məktəb, 60 sinif koronavirusa görə distant təhsilə keçib

Hit: 587
37 məktəb, 60 sinif koronavirusa görə distant təhsilə keçib
Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8 olub. 
 
Təhsil Nazirliyindən Faktor.az-a verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 7 olub. Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib.  
 
Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.







Redaktorun seçimi