Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü

Hit: 695
Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüş keçirib.
 
Faktor.az-ın məlumatına görə, mütəmadi həyata keçirilən görüşdə millət vəkili seçicilərin və şəhər sakinlərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
 
İşlə təminat, mənzil məişət şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər millət vəkili tərəfində diqqətlə dinlənilərək qeydə alınıb.
 
Vətəndaşları narahat edən məsələləri dinləyən Naqif Həmzəyev qeyd olunan problemlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyinə və müraciət olunan məsələlərlə bağlı ən qısa müddətdə aidiyyatı təşkilatları məlumatlandıracağına söz verib.
 
Görüşdə həmçinin vətəndaşlara karonavirus pandemiyası ilə mübarizədə karantin qaydalarına əməl etmək tövsiyə olunub.







Redaktorun seçimi