TƏBİB sözçüsü yeni vəzifəyə təyin edilib

Hit: 803
TƏBİB sözçüsü yeni vəzifəyə təyin edilib
Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur dəyişikliyi aparılıb. Stuktur dəyişikliyi ilə qurumdakı mətbuat katibliyi ləğv olunub.
 
Faktor.az xəbər verir ki, bundan sonra TƏBİB-də ayrıca mətbuat katibiliyi fəaliyyət göstərməyəcək. Mətbuatdan daxil olan sorğular və suallar İctimaiyyətlə Əlaqələr şöbəsi daxilində cavablandırılacaq.
 
Bununla yanaşı TƏBİB-də yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə Aygün Əliyeva təyinat alıb.
 
Həmçinin TƏBİB-in departamentin daxilində yeni yaradılan Vətəndaşların Müraciəti ilə İş şöbəsinin müdiri vəzifəsinə isə mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva təyin edilib.








Redaktorun seçimi