BDU-nun bakalavriat səviyyəsinə qəbul olanların - NƏZƏRİNƏ!

Hit: 943
BDU-nun bakalavriat səviyyəsinə qəbul olanların - NƏZƏRİNƏ!
2020/2021-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədlərini elektron qaydada BDU-ya təqdim etməlidirlər.
 
BDU-dan Faktor.az-a bildirilib ki, ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılıb. Bu məqsədlə birinci tədris ili tələbələrin https://www.e-telebe.edu.az/ portalına müraciət etmələri tələb olunur.
 
Elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək. Həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaq.








Redaktorun seçimi