Neftçalada gübrələrin istehsalı və istifadə qaydası müzakirə edilib

Hit: 792
Neftçalada gübrələrin istehsalı və istifadə qaydası müzakirə edilib

“Əkin sahələrinə uyğun üzvi gübrələrin istehsalı və istifadə prespektivləri”-nin alınması mövzusunda görüş keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Azərbaycan  Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev, Neftçala DAİM-in və Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə “Kür çayından əldə oluna biləcək üzvi gübrələrin istehsalı və istifadə prespektivləri”nin müzakirəsi məqsədilə görüş keçirilib.
 
Faktor.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov bildirdi ki, Ölkə Başçısı Prezident İlham Əliyevin qeyri- neft sektoruna böyük diqqət və nəzarətinin olduğunu, aqrar sahəyə investisiyaların  ayrılmasına aid tapşırıq və sərəncamlar verdiyini, aqrar sektorun inkişafı üçün hər cür şəraitin yaradıldığını nəzərə çatdırıb. Neftçala rayonunda aqrar sahənin inkişafı üçün münbit şəraitin olduğunu nəzərə çatdırıb və aqrar sahəni daha da inkişaf etdirmək üçün lazımi tədbirlər və lahiyələr hazırlandığını bildirib.
 
Görüşdə rayonun kənd təsərrüfatının inkişafında, əhalinin məşğulluğunun təmin edilməsində şoranlaşmış torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətin müzakirələr aparılıb.  Yeni hazırlanacaq “Biznes Layihəsi” ətrafında da geniş fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi