Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın nöbəti iclası keçirilib

Hit: 877
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın nöbəti iclası keçirilib
Bu gün pandemiya şəraitinin qaydalarına uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın nöbəti iclası keçirildi. 
 
Faktor.az xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verdi. Bildirdi ki, 1-ci məsələ olaraq rayon əhalisinin içməli su  təminatı ilə bağlı vəziyyəti, 2-ci məsələ isə Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə görülmüş işləri müzakirə edəcəyik.
 
Sonra gündəlikdə olan birinci məsələ barədə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənovun məruzəsi dinlənildi.
E.Həsnov  rayon əhalisinin içməli su  təminatı ilə bağlı vəziyyət  barədə şura üzvlərinə məlumat verdi. O bildirdi ki, Araz çayında suyun səviyyəsinin aşağı düşməsi yay aylarında əhalinin içməli su təminatında bəzi çətinliklər yartsada  operativ şəkildə görülən işlər nəticəsində problem öz həllini tapmışdır. Hazırda içməli su ilə bağlı heç bir problem və çətinlik yoxdur.
 
Gündəlikdə olan ikinci məsələ barədə məruzə üçün söz başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovaya verildi
 
L. Yüzbaşova Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə görülmüş işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, hazırda rayonda 5974 test aparılmış, 324 yoluxma, 265  sağalma, 11 ölüm  faktı qeydə alınmış, aktiv xəstə sayı 48 nəfər olmuşdur. L.Yüzbaşova Koronavirus (COVİD-19) pandemiyasına qarşı rayonda aparılan mübarizə tədbirlərindən danışdı.
 
Çıxış edən şura üzvləri gündəlikdə duran məsələlərin vacibliyini bildirərək  yaranmış problemlər və  onların aradan qaldırılması istiqamətinə aparılan işlərdən danışdılar.
Sonda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qüdrətov hər iki məsələni vacibliyini bir daha şura üzvlərinin nəzərinə çatdıraraq daima nəzarətdə saxlanılması ilə bağlı  tapşırıq və tövsiyyələrini verdi.








Redaktorun seçimi