Hacı Şahin tələbə adını qazanan məzunları təbrik edib

Hit: 1205
Hacı Şahin tələbə adını qazanan məzunları təbrik edib

İlahiyyatçı alim Hacı Şahin Həsənli tələbə adını qazanan bütün məzunları təbrik edib.

Faktor.az xəbər verir ki, bu barədə ilahiyyatçı öz rəsmi hesabında paylaşıb.

"Əziz gənclər, bu gün bir çoxunuz tələbə adı qazandınız. Siz artıq uşaqlıq illərini geridə qoyaraq, özünüzün və xalqımızın gələcəyinə görə məsuliyyəti üzərinizə götürdünüz. Universitet yalnız təhsil ocağı deyil, yaradıcı potensialınızı çiçəkləndirmək və azad düşüncə əldə etmək üçün bir məkandır. Heç bir maneə sizi yaradıcılıq və azad təfəkkürdən saxlamamalıdır. Ən çətin şəraitdə belə özünüzü inkişaf etdirməyə imkanınız var. Hansı sahəni seçdiyinizdən, hansı peşəyə yiyələnəcəyinizdən asılı olmayaraq, çiyninizdə cəmiyyətə xidmət etmək kimi böyük bir missiyanın olduğunu unutmayın. Bu zaman bütün çətinliklərə rəğmən, mütləq uğur əldə edəcəksiniz. Allah elmi mənimsəmək yolunda zehninizi açıq, uğurlarınızı bol etsin. Sizin uğurunuz hər birimizin uğurudur. Hamınızı təbrik edirəm", deyə ilahiyyatçı qeyd edib.









Redaktorun seçimi