Bu gün Ümumdünya Avtomobilsiz Günü kimi qeyd olunur

Hit: 1259
Bu gün Ümumdünya Avtomobilsiz Günü kimi qeyd olunur
Hər il 22 sentyabrda Ümumdünya Avtomobilsiz Günü qeyd olunur. Bu günü qeydetmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi.  2001-ci ildə isə bu təşəbbüsə artıq  35 ölkənin mindən artıq şəhəri qatılıb.
 
Avtomobilsiz günün özəlliyi nədədir?  Ümumdünya avtomobilsiz gündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzi tərəfdarları hamını ümumiyyətlə nəqliyyatdan istifadə etməməyə, piyada gəzməyə çağırır. Məlumdur ki, avtomobil insanın vaxtına qənaət etməklə yanaşı müəyyən çətinliklər da yaratmaqdadır. Buna şəhərlərdə ətraf mühitin çirklənməsi, səs-küyün artması, yollarda tıxacların yaranması, sürücülərlə piyadaların qarşılıqlı anlaşmazlığı  aiddir. Ən dəhşətlisi isə avtomobilin insanlar  üçün yaratdığı təhlükədir.
 
3 min nəfər yaşayan Hidra adasında (Yunanıstan) yalnız zibildaşıyan maşınların hərəkətinə icazə var. İnsanlar isə uzaq məsafəyə getmək üçün at və su taksilərindən istifadə edirlər. Əksəriyyət isə piyada gəzir.
 
Ümumiyyətlə isə vaxtınızın və sağlamlığınızın önəmi üçün çox gözəl gündür!

Faktor.az xəbər portalının Baş Redaktoru
Aslan Abbaszadə

 









Redaktorun seçimi