AzMİU-da əcnəbi tələbələrin sayı artır

Hit: 1331
AzMİU-da əcnəbi tələbələrin sayı artır
2020-21-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulu həyata keçirilib. Həm ödənişli əsaslarla, həm də Təhsil Nazirliyinin göndərişi əsasında müvafiq qrantlar çərçivəsində ümumilikdə 55 əcnəbi tələbə AzMİU-nu seçib.
 
Faktor.az xəbər verir ki, əcnəbi tələbələrin təhsili üzrə dekanlıqdan verilən məlumata görə, AzMİU-nu seçən tələbələrin böyük əksəriyyəti həmişə olduğu kimi, Türkiyədəndir, eyni zamanda onların arasında MDB ölkələrindən olanlar da var.
 
Qəbul olan 55 nəfərdən 2-si magistraturaya daxil olub. Proses bu ayın sonuna kimi davam edir, əcnəbi tələbələr qəbul üçün hər gün dekanlığa müraciət edirlər. Tədris prosesinə gəlincə, pandemiya ilə əlaqədar olaraq əcnəbi tələbələr də dərslərə onlayn şəkildə qoşulacaqlar.








Redaktorun seçimi