AzTU-da onlayn tələbə qeydiyyatı prosesi necə təkşil olunacaq?

Hit: 1496
AzTU-da onlayn tələbə qeydiyyatı prosesi necə təkşil olunacaq?
Müasir formatlı tədris rejimi bir çox təhsil müəssisəsində müxtəlif növlərdə tətbiq olunur. Pandemiyanın aktual etdiyi distant təhsil sisteminə uyğun olaraq 2020/2021-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq.
 
Faktor.az xəbər verir ki, bununla bağlı TED.az-a danışan AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, proses AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmə üzərindən keçiriləcək: “Qeydiyyatdan keçmiş abituriyent üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.  Biz bu sistemi, yəni sənədlərin onlayn qəbulu prosesini magistraturaya qəbul olan bakalavrların sənədlərinin qəbulu zamanı təcrübədən keçirmişik. Sistem çox rahat və heç bir problem olmadan işləyir”.
 
“Universitetə gəlməkdə çətinlik çəkənlər üçün sənədlərin qəbulunun onlayn formada aparılması həm vaxt itkisinin, həm də hər hansı problemin yaranmasının qarşısını alır”, — deyə Universitet sözçüsü qeyd edib.
 
 








Redaktorun seçimi