AzTU ilkə imza atdı

Hit: 1034
AzTU ilkə imza atdı

Universitetə qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

Azərbaycan Texniki Universiteti (AzTU) daha bir ilkə imza atıb. Belə ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq. Bunun üçün abituriyentlər AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək.
 
Faktor.az xəbər verir ki, qeydiyyatdan keçmiş abituriyent üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.
 
Qeydiyyat zamanı abituriyentdən tələb olunan sənədlər:
 
1. 3x4 ölçüdə rəngli fotoşəkil (pdf,  jpg),
2. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd,
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti,
4. Tərcümeyi halın scan edilmiş surəti,
5. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) scan edilmiş surəti,
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil üçün) scan edilmiş surəti,
7. Müraciət edən tərəfindən müqavilənin imzalanmış formasının scan edilmiş surəti,
8. Attestatın əslinin scan edilmiş surəti,
 
Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlər üçün tələb olunan sənədlər:
 
1. Məcburi köçkünlər
 
a) Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
b) Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
 
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları
 
a) Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri
 
a) Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
 
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli  Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş  və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
 Bu kateqoriyalardan olanlar üçün tələb olunan sənədlər:
 
a) Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin scan edilmiş surəti,
b) Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
c) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,
d) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
 
5. Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər
 
a) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,
b) Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,
 
Qeyd edək ki, sistem ixtisas seçimi bitdikdən sonra fəaliyyətə başlayacaq.







Redaktorun seçimi