Vilayət Eyvazov yeni rəis təyin etdi

Hit: 901
Vilayət Eyvazov yeni rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub.
 
Faktor.az APA-ya istinadla bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Xəzər rayonu 3-cü Polis Bölməsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Qarayev vəzifəsindən azad edilərək 24-cü Polis Şöbəsinə rəis təyin olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl 24-cü Polis Şöbəsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək, 6-cı Polis Şöbəsinə rəis təyin edilib.







Redaktorun seçimi